“Fənərbaxça” turu 1 xalla başa vurub

14 Sentyabr 2026 23:20

Türkiyə Super Liqasında V tura yekun vurulub.

Milli.Az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutub.

"Fənərbaxça" səfərdə "Qaziantep"lə üz-üzə gəlib.

Gərgin keçən görüşdə qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 8-ə çatdıran "Qaziantep" 7-ci pillədə qərarlaşıb. Aktivində 7 xalı olan "Fənərbaxça" isə 11-ci sıradadır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)