"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını Yunanıstanda davam etdirə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun "Olimpiakos"un maraq dairəsində olduğu bildirilir.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur. Yunanıstan klubu İkardini maliyyə şərtlərinə razı sala bilsə, onunla 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İkardi karyerası ərzində "Sampdoriya", "İnter", PSJ və "Qalatasaray"ın formasını geyinib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)