Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib.
Agentlik direktoru məsələnin araşdırılacağını, səbəblərin aydınlaşdırılacağını əlavə edib.
Qeyd edilib ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)