Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)

15 Sentyabr 2026 18:15

13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)