Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir

14 Sentyabr 2026 20:33

İran bizimlə razılaşma əldə etmək istəyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

İranı məğlub olunmuş ölkə adlandıran Tramp Tehranın ABŞ-la sürətli bir şəkildə razılaşmaya gəlmək istədiyini bildirib.

"ABŞ-ın danışıqlara gedib-getməyəcəyini mən müəyyən edəcəyəm. Hansı ki, biz bu konsepsiyaya açığıq", - Tramp qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)