Sentyabrın 15-də Bakının Yasamal rayonunda bir sıra küçələrdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)