"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)

14 Sentyabr 2026 19:12

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin vingeri Rayanı transfer etmək istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Andoni İraolanın da futbolçunu komandasında görmək istədiyi bildirilir.

İspaniyalı mütəxəssis daha əvvəl "Bornmut"da Rayanla birlikdə çalışıb. Rayanın "Bornmut"la müqaviləsi 2031-ci ilin yayına qədərdir. Anlaşmada 130 milyon funt sterlinq (150 milyon avrodan çox) təzminat məbləği yer alıb. Lakin bu bənd yalnız 2027-ci ildən qüvvəyə minəcək.

Qeyd edək ki, keçid baş tutarsa, Rayan "Liverpul" tarixinin ən bahalı transferi olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)