İngiltərənin "Vest Hem" klubunun və Çexiya millisinin sabiq qapıçısı Lyudek Miklosko 64 yaşında vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çexoslovakiya və Çexiya millisinin sabiq üzvü xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2024-cü ildə müalicəsini dayandırdığını açıqlamışdı.
Miklosko 1990-cı ildə "Banık Ostrava"dan "Vest Hem"ə keçib. London klubunda 8 il çıxış edən qapıçı 373 oyuna çıxıb və ilk mövsümündə komandanın yüksək liqaya yüksəlməsinə kömək edib.
Miklosko 2001-ci ildə futbolçu karyerasını başa vurub. Daha sonra "Vest Hem"də qapıçılar üzrə məşqçi kimi çalışıb.
Miklosko beynəlxalq karyerasında Çexoslovakiya millisində 40, Çexiya yığmasında isə 2 oyun keçirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)