Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü

14 Sentyabr 2026 16:31

Zərdabda altı gün əvvəl yol qəzasında xəsarət alan qadın dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, ağır xəsarət alan Reyhan Məhəmmədova bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, yol qəzası sentyabrın 8-də saat 23 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonunun Yarməmmədbağı kəndinin ərazisində baş verib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)