Məktəblərdə dərs saatları dəyişdirilə bilər

14 Sentyabr 2026 15:51

Məktəblərdə dərs saatlarının dəyişdirilməsi müzakirə olunur.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında Milli.Az-ın sualını cavablandırarkən məlumat verib.

"Bu valideynlərin iş saatları ilə əlaqəlidir. Hazırda bununla bağlı elan ediləcək qərar yoxdur. Lakin vəziyyət təhlil olunur"

Nazir bildirib ki, məktəbədə gecikmə halları olmaması üçün uşaqları evə yaxın məktəbə qoymaq daha yaxşı olardı:

"Həmişə bildiririk ki, ən yaxşı məktəb evinizə yaxın olan məktəbdir. Həmin məktəbləri yaxşı etməyə çalışmalıyıq. Ali məktəblərdə isə vəziyyətə uyğun qərarlara verilə bilər, lakin hazırda konkret bir qərar yoxdur".

Nazir valideynləri övladlarını məktəbə apararkən ictimai nəqliyyatdan istifadə etməyə çağırıb:

"Məktəb yaşayış yerinə uzaqdırsa, ictimai nəqliyyatdan istifadə edilməlidir", - deyə nazir qeyd edib".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)