Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama

14 Sentyabr 2026 15:43

Müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər olub.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, yaxın günlərdə yeni məsələlər açıqlanacaq: "Burada söhbət müəllimlər üçün vahid geyimdən deyil, geyim tələblərindən gedir. Müəllim müəyyən qaydalara riayət etməlidir".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)