Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux fiziki hazırlığı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, 58 yaşlı dövlət başçısının hərbi hissələrdən birinə səfəri zamanı 100 kiloqram ağırlığında ştanqı uzanıqlı vəziyyətdə 20 dəfə qaldırdığı bildirilib. Prezidentin bu hərəkəti hərbi qulluqçuların qarşısında nümayiş etdirməsi maraqla qarşılanıb.
Qeyd edək ki, Uxnaaqiyn Xurelsux keçmiş hərbçidir. Onun adının mənası "bürünc balta" kimi tərcümə olunur.
Monqolustan Prezidenti fərqli maraqları ilə də tanınır. O, ölkədə fəaliyyət göstərən "Harley-Davidson" klubunun yaradıcılarından biridir. Bundan əlavə, musiqiyə maraq göstərən Xürelsüx gitara ifa edir və bir musiqi qrupunda çıxış edib.
Prezidentin 58 yaşında 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırması sosial şəbəkələrdə də diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)