MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümünə dair araşdırma çərçivəsində "Kurtlar Vadisi" serialının keçmiş ssenaristlərinin ifadəyə çağırılması yeni açıqlamaların ortaya çıxmasına səbəb olub.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın ifadələrinə müraciət ediləcək.
Araşdırma fonunda "Kurtlar Vadisi Terör" layihəsinin yayından çıxarılması ilə bağlı keçmiş RTÜK rəhbəri Zahid Akmanın açıqlaması da gündəmə gəlib.
Akman bildirib ki, serialın tanıtımları yayımlandıqdan sonra layihənin cəmiyyətdə ciddi gərginlik yarada biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Onun sözlərinə görə, RTÜK layihə yayımlandığı təqdirdə ağır sanksiyalar tətbiq ediləcəyinə dair qərar qəbul edib.
Bundan sonra kanalın artıq 7-8 bölümü çəkilmiş serialı yayımdan çıxardığı bildirilib.
Akman həmçinin həmin dövrdə aylarla təhdid aldıqlarını və təhlükəsizlik məqsədilə polis tərəfindən qorunduqlarını açıqlayıb.
Kozinoğlunun ölümü ilə bağlı araşdırmanın davam etdiyi, yeni ifadələrin istintaqın gedişinə təsir göstərə biləcəyi qeyd olunur.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)