Xəbər verdiyimiz kimi, Vanda keçirdikləri toyla gündəmə gələn Mehmet Fatih Tançalanın ardından sosial media fenomeni olan həyat yoldaşı Çağla Öz Tançalan da saxlanılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "çirkli pulların yuyulması" ittihamı ilə çərçivəsində saxlanılan Çağla İstanbuldan Vana gətirilib. O, hakim qarşısına çıxarılıb.
Tibbi müayinədən keçən fenomenin polis bölməsindəki prosedurları davam edir. Onun toyunda hədiyyə edilən zinət əşyaları və nağd pulun mənbəyi də araşdırılır. İstintaqın ardından fenomenin məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, toya Azərbaycanda "baylarsoy" adı ilə tanınan bloger Arifə Məmmədova, həyat yoldaşı, bloger Fidan Zeyn də qatılıb.
M.Tançalan ifadəsində toyda taxılan qızılların "kirayə" olduğunu və toy mərasimindən sonra geri qaytardıqlarını iddia etmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)