İngiltərə Premyer Liqasında çıxış edən Londonun "Tottenhem" klubu mövsümə antirekordla başlayıb.
Milli.Az xəbər verir ki, komanda çempionatın ilk dörd turunda rəqib qapılarına qol vura bilməyib. Bu, "Tottenhem"in Premyer Liqa tarixində ilk dəfə belə göstərici ilə start götürməsi kimi qeydə alınıb.
London təmsilçisi son olaraq IV turda səfərdə "Everton"la qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb və tərəflər 0:0 hesablı heç-heçə ilə kifayətləniblər.
Bundan əvvəl "Tottenhem" "Brentford"a 0:3, "Nyukasl"a 0:2 hesabı ilə uduzub. Komanda "Nottinqem Forest"lə matçda da qolsuz heç-heçə edib.
"Tottenhem" Premyer Liqada növbəti oyununu sentyabrın 19-da keçirəcək. London klubu doğma meydanda "Aston Villa"nı qəbul edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)