Bakıda kişi çarpayıdan yıxılıb öldü

14 Sentyabr 2026 13:50

Bakıda kişi yatdığı çarpayıdan yıxılaraq ölüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1943-cü il təvəllüdlü Alihəsən Ağabala oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılaraq ölüb.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)