Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi

14 Sentyabr 2026 13:18

Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:

"10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.

Dünyaya gələn uşağın çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qızdır.

Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)