Maliyyə nazirinə yeni müşavir təyin edilib.
Milli.Az xəbər verir ki, bu vəzifə Rəşad Həsənova həvalə olunub.
O bildirib ki, Maliyyə nazirinin müşaviri kimi, dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcək.
R.Həsənov bu vəzifəyə qədər Beynəlxalq Valyuta Fondunda (IMF) və Dünya Bankında (WB) çalışıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)