Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)

14 Sentyabr 2026 11:45

Bakıda apteklərdən birinin üzərinə vurulan elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, elanın üzərində 110-120 yaş arası şəxslərə dərmanların pulsuz veriləcəyi bildirilib. Yaş həddi isə diqqətdən yayınmayıb və elanla bağlı müxtəlif fikirlər bildirilib.

Sözügedən elan paytaxt sakinlərinin də marağına səbəb olub. Xüsusilə 110-120 yaş aralığının qeyd edilməsi sosial şəbəkə istifadəçiləri arasında təəccüblə qarşılanıb.

Elanın hansı aptekə məxsus olduğu, kampaniyanın hansı şərtlərlə həyata keçirildiyi barədə əlavə məlumat yoxdur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)