Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü

14 Sentyabr 2026 09:52

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Elnur Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)