Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü

13 Sentyabr 2026 23:19

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.

Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.

Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)