Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır

13 Sentyabr 2026 23:14

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun Göktürkdəki evində təmizlik edərkən damdan yıxılan Türkmənistan vətəndaşı Bahadur Yangibayev ağır yaralanaraq reanimasiyaya yerləşdirilib. Hadisə ilə əlaqədar saxlanılan firma sahibi A.A. prokurorluq dindirilməsindən sonra sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, hadisə avqustun 31-də Kıvanç Tatlıtuğun Göktürkdəki evində baş verib. Məlumata görə, bir firmanın sahibi olan A.A. (42) evdə boya və bəzi alçı işlərini görmək üçün işə başlayıb. Təxminən 4 gün davam etməsi planlaşdırılan təmir zamanı işçisi Ç.G. ilə birlikdə işlərini davam etdirən A.A.-ya Tatlıtuğun sürücüsü A.Y. tərəfindən təmirdən sonra təmizlik edilməli olduğu bildirilib.

A.A. da sürücüyə ev təmizliyi edə biləcək bir nəfəri tanığını söyləyib. Bundan sonra A.Y. ilə Türkmənistan vətəndaşı Bahadur Yangibayev arasında görüş baş tutub. Tərəflərin görüləcək iş və ödəniş barəsində razılığa gəlməsindən sonra Yangibayev təmizlik üçün evə gəlib.

Yangibayevin təmizlik zamanı dama çıxdığı və burada müvazinətini itirərək yerə yıxılıb. Ağır yaralanan Yangibayev reanimasiyaya yerləşdirilib.

Prokurorluğa edilən cinayət şikayətində Kıvanç Tatlıtuğ və vəkil İ.A. şübhəli şəxs qismində yer alıblar. Müraciətdə İ.A.-nın A.A. ilə görüşündə "Sizə kömək edəcəyəm. Sizi buradan çıxaracağam" dediyinin iddia edildiyi və imzalatıldığı güman edilən müqavilənin əslinin əldə edilməsinin istədiyi qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)