"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda

13 Sentyabr 2026 22:58

"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqaya yollanmaq üzrədir.

Milli.Az xəbər verir ki, ​Fil dişi sahilindən olan təcrübəli cinah oyunçusu Vilfrid Zaha "Qalatasaray" ilə yollarını ayırdıqdan sonra azad agent statusu qazanıb. Futbolçunun xidmətləri İspaniya təmsilçisi "Malaqa"ya təklif edilib.

​Karyerası ərzində "Şarlotta" komandasında iki dəfə icarə əsasında çıxış etmiş 33 yaşlı futbolçunun yeni karyera addımı ilə bağlı qərarı yaxın vaxtlarda məlum olacaq. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)