İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)

13 Sentyabr 2026 22:50

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb.

Milli.Az xəbər verir ki, qəza sürücünün sükan idarəetməsini itirməsi nəticəsində baş verib.

İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir - İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb.

Çırpılmanın təsiri ilə avtobusda yanğın baş verib və qısa müddətdə böyüyən alov bütün avtobusu bürüyüb.

Məlumat verildikdən sonra hadisə yerinə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə qrupları cəlb edilib.

Hadisə ilə bağlı inzibati və məhkəmə istintaqı başladılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)