İctimai Televiziyanın "Əlaçı" verilişinin son buraxılışında suala verilən cavabla bağlı qalmaqal yaşanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, final görüşündə şagirlərdən biri "4 misli 15 olan ədəd neçədir" sualına səhvən 60 cavabı verib və bu, cavab düzgün sayılıb.
Sosial şəbəkələrdə isə istifadəçilər cavabın 60 deyil, 3.75 olduğunu bildirib və verişilin şəffaflığının şübhə altına düşdüyünü qeyd ediblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)