"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək

13 Sentyabr 2026 21:57

"Beşiktaş" "Flamenqo"nun futbolçusu Luiz Arauxo üçün hərəkətə keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  İstanbul təmsilçisi 30 yaşlı futbolçunu icarəyə götürəcək.

Onun "Flamenqo" ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Braziliyalı özü də "Beşiktaş"da oynamağa müsbət yanaşıb.

Arauxo "Novorizontino", "Sao Paolo", "Lill", "Atlant" klublarının formasını geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)