Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian

13 Sentyabr 2026 21:00

Tramp hər gün nəsə deyir. Bir gün İranı məhv etmək istəyir, başqa bir gün isə İranın dostu olduğunu bildirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Bir gün bizi qəbul etdiyini deyir, digər gün isə qəbul etmədiyini söyləyir. Beləliklə, hansı bəyanatı əsas götürməli və buna uyğun hərəkət etməli olduğumuz barədə əmin deyilik", - Pezeşkian bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)