“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)

14 Sentyabr 2026 10:30

Əməkdar artist Ruhəngiz Allahverdiyeva aparıcı Elgiz Əkbərin verilişində qonaq olub.

Milli.Az-ın məlumatına görə, proqram zamanı aparıcı müğənninin görünüşünü tərifləyərək onun yaşına baxmayaraq formada qalmasına diqqət çəkib.

"Hansı qadın 71 yaşında belə qalar, belə geyinər, belə gözəl dərisi olar?" - deyə Elgiz Əkbər sənətçiyə müraciət edib.

Ruhəngiz Allahverdiyeva isə gənc görünüşünün sirri ilə bağlı fikirlərini bölüşüb. O, 71 yaşında olduğunu və heç bir bədən əməliyyatı etdirmədiyini bildirib.

"71 yaşım var, heç bir bədən əməliyyatı etməmişəm. Ajda Pekkan dəfələrlə etdirib", - deyə sənətçi qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)