Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib.
İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb.
Qeyd edək ki, Niran və İbrahim 2008-ci ildə münasibətə başlayıb. Onlar 2017-ci ildə evlənib. Liva və Bera adlı övladları var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)