Bu ərazilər qazsız qalacaq

13 Sentyabr 2026 10:34

Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksəkgərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq "Avtozavod", "Sənaye" və "Şəhər-1" ortatəzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.

Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)