Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənini canlandıracaq.
Layihənin 7 oktyabrda tamaşaçıla təqdim olunacağı planlaşdırılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)