ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehlak etməməyə, müəssisələri isə onları satmamağa çağırıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "New York Post" departamentə istinadən məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, yeddi nəfər xəstəxanaya yerləşdirilib, ölüm halı qeydə alınmayıb. Epidemiya davam edir, ona görə də yoluxma hallarının sayı arta bilər.
Hakimiyyət orqanları xəbərdarlıq ediblər ki, ishal, qızdırma və qarın ağrısı əlamətlərinin müşahidə olunduğu salmonella çirklənmiş məhsulu istehlak etdikdən altı saatdan altı günə qədər müşahidə oluna bilər.
Xəstəlik adətən dörd-yeddi gün davam edir, lakin bəzən xəstəxanaya yerləşdirmə tələb olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)