Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)

13 Sentyabr 2026 12:47

83-cü Venesiya Film Festivalı sentyabrın 12-də başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müsabiqənin əsas mükafatlarının qalibləri müəyyənləşib.

Festivalın əsas mükafatları aşağıdakı filmlərə və kino xadimlərinə təqdim olunub:

"Qızıl Şir" - "Naməlum qadın" ("Woman Unknown") filmi, rejissor May əl-Tuki.

"Gümüş Şir" (Münsiflər heyətinin baş mükafatı) - "Mümkün sevgi" ("Possible Love") filmi, rejissor Li Çanq-donq.

Ən yaxşı rejissor - "DAU" filminə görə İlya Xrjanovski.

Ən yaxşı qadın aktyor - "Naməlum qadın" filminə görə Matild Arsel.

Ən yaxşı kişi aktyor - "Doqquz vəhşi at" ("Wild Horse Nine") filminə görə Con Malkoviç.

Ən yaxşı ssenari - "Yaxşı balaca əsgər" ("A Good Little Soldier") filminə görə Stefan Brize, Korali Amadeo və Olivye Qors.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)