Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları baş tutacaq.
Milli.Az xəbər verir ki, "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Zirə" isə "Qarabağ"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü saat 16:30-da, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" qarşılaşması isə 19:00-da keçiriləcək.
Misli Premyer Liqası
13 sentyabr
V tur
16:30. "Araz-Naxçıvan" - "Turan Tovuz";
19:00. "Zirə" - "Qarabağ".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)