Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı

13 Sentyabr 2026 10:45

"Real"ın hücumçusu Kilian Mbappe gənc futbolçular arasında kimi ən yaxşı hesab etdiyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, xüsusilə "Barselona"nın oyunçusu Lamin Yamalı fərqləndirib.

"Çox ad çəkmək istəmirəm, çünki birdən kimisə unudaram. Dünyanın ən yaxşı 10-15 futbolçusundan danışanda düşünürəm ki, hamı mənimlə razılaşar. Gənclər arasında isə Lamin Yamalı qeyd edərdim. Onda hər şey var", - deyə Mbappe bildirib.

Fransalı hücumçu digər gənc futbolçular barədə də fikirlərini bölüşüb:

"Estevaonu bəyənirəm, onda xüsusi qabiliyyət var. "Real"da Arda Güler çox böyük uğurlar qazana bilər. Endrikin böyük potensialı var, o, anadangəlmə bombardirdir. Uorren Zair-Emeri və Dezire Due də böyük karyera quracaqlar".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)