Rusiyada bu hava limanları bağlandı

13 Sentyabr 2026 09:53

Rusiyanın Penza və Saratov hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib", - deyə qurumdan bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)