“Real” Madrid derbisində darmadağınla qalib gəldi

13 Sentyabr 2026 08:41

"Real" futbol klubu İspaniya La Liqasının beşinci turu çərçivəsində doğma meydanda Madridin digər təmsilçisi "Rayo Valyekano" üzərində 4:1 hesabı ilə böyük hesablı qələbə qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  qaliblərin heyətində Kilian Mbappe (14-cü, 90-cı dəqiqələr), Alvaro Karreras (17) və Cud Bellinqem (35) fərqləniblər. Məğlub komandada isə Serxio Kamelio (51) qol vurub. İlk qolu penaltidən vuran Mbappe və Kamelio turnirin bombardirlər siyahısında hərəyə altı qolla ilk pilləni bölüşürlər.

Bellinqem üçün bu qol "Real"ın heyətində 49-cu olub. İngiltərəli yarımmüdafiəçi bu göstəricidə 1998-ci ilin "Qızıl top" sahibi Zinəddin Zidan və Davor Şukerlə bərabərləşib. Bellinqem buna 146 matçda nail olub, Fransanın sabiq yarımmüdafiəçisi üçün 227, Xorvatiya millisinin keçmiş hücumçusu üçün isə 109 oyun tələb olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)