Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib.
Milli.Az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindəki problemlərə görə çəkilişlərə gələ bilməyən və bu səbəbdən serialdan çıxarılan aktyor üçün yazılan obrazın bir başqasına verilməməli olduğunu bildiriblər. Artan etirazlar fonunda "Yadigar" obrazının adı "Zülküf" olaraq dəyişdirilib.
Onun tərəf müqabili Ayşen Gürler isə "Gülay" obrazına həyat verəcək.
Qeyd edək ki, bir müddət əvvəl Serhata boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulub. Bu səbəbdən onun "Teşkilat" serialında çəkilməkdən imtina etdiyi deyilmişdi. Lakin aktyorun sevgilisinin polisə verdiyi açıqlamadan məlum olub ki, aktyor ağrıları səbəbindən çəkilişlərə qatıla bilmədiyi üçün ekran işindən uzaqlaşdırılıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)