Bir neçə gün əvvəl dördüncü dəfə ailə həyatı quran türkiyəli aktrisa Ceyda Düvenci şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, aktrisa həyatında yeni bir dövrün başladığını və özünü çox xoşbəxt hiss etdiyini bildirib. Ceyda Düvenci yaşadığı hissləri "ikinci bahar" adlandırıb.
Sənətçi ürəyinin yeniyetmə qızlarda olduğu kimi həyəcanla döyündüyünü deyərək, hazırda özünü əvvəlkindən daha güvəndə hiss etdiyini vurğulayıb.
Düvencinin səmimi sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və onun yeni münasibəti barədə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)