“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi

12 Sentyabr 2026 23:19

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun komandanın heyətində görmək istəmədiyi Kaan Ayhanla yollar ayrıla bilər.

Milli.Az xəbər verir ki, 29 yaşlı futbolçu İstanbul təmsilçisinin qış transfer pəncərəsində göndərməyi planlaşdırdığı ilk oyunçudur.

Kaan Ayhanın UEFA Çempionlar Liqası üçün sifariş olunan heyətə də daxil edilmədiyi bildirilib.

Qeyd edək ki, Türkiyə millisinin üzvünün 2028-ci ilə qədər "Qalatasaray"la müqaviləsi var. Buna baxmayaraq, klubun futbolçuya gələcək təklifləri dəyərləndirəcəyi və zərurət yaranacağı təqdirdə onun transfer hüquqlarından imtina edə biləcəyi deyilir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)