Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)

12 Sentyabr 2026 22:04

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşad Əliyev QSC-nin Maliyyə departamentinin rəis müavini təyin edilib.

O bu təyinatadək baş mühasibin müavini vəzifəsində çalışıb. R.Əliyev 2019-cu ildən "Bakı Metropoliteni"nin komandasında işləyir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)