Misli Premyer Liqasında beşinci tur davam edir.
Milli.Az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə "Kəpəz" öz meydanında "Qəbələ"ni qəbul edib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə "Sumqayıt" doğma divarlar arasında "Şamaxı"nı sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Misli Premyer Liqası
V tur
12 sentyabr (şənbə)
19:45. "Sumqayıt" - "Şamaxı" - 1:1
Qollar: Jeam Oliveyra, 25 (1:0), Edqar Adilxanov, 54 (1:1)
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
"SOCAR Polymer Arena"
17:30. "Kəpəz" - "Qəbələ" - 1:0
Qol: Viktor Stina, 64
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
13 sentyabr (bazar)
16:30. "Araz-Naxçıvan" - "Turan Tovuz"
19:00. "Zirə" - "Qarabağ"
14 sentyabr (bazar ertəsi)
19:00. "Şəfa" - "Sabah"
11 sentyabr (cümə)
"İmişli" - "Neftçi" - 2:3
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)