Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, minik avtomobili 39 nömrəli sərnişin avtobusu ilə toqquşub.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)