Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı

12 Sentyabr 2026 10:52

Nepalın şimalında baş verən daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadla məlumat yayıb.

Bildirilib ki, 5100-dən çox insan itkin düşmüş hesab olunur.

Qeyd edək ki, təbii fəlakət avqustun 26-da Nepalın Çinlə sərhədində baş verib.