Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Milli.Az xəbər verir ki, Ukraynanın Krıma dron hücumu zamanı 45 yaşlı Mahir Məmmədov həyatını itirib.
Bildirilib ki, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və həmyerlimiz vəfat edib.
Hazırda mərhumun nəşinin doğulduğu Bolnisi rayonunun Arıxlı kəndində gətirilməsi üçün işlər görülür.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)