Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi

11 Sentyabr 2026 22:45

Fənərbaxça" Prezidenti Əziz Yıldırımın "Davam edəcəksən" təkidlərinə baxmayaraq, baş məşqçi İsmail Kartal komandadan ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Çempionlar Liqasında "Roma" (1:1) ilə matçdan sonra mətbuat konfransında "Bir daha əsla geri dönməmək şərtilə istefa verirəm" bəyanatını verən Kartal qərarından dönməyib.

Həmin gecə klub prezidenti Əziz Yıldırımın istefanı rədd etməsinə baxmayaraq, İ. Kartal bu gün komandanın məşqinə qatılmayıb. Futbol direktoru Oğuz Çetin və rəhbərlik nümayəndəsi Cihan Kamer mütəxəssisi fikrindən daşındırmaq üçün onun evinə yollansalar da, gərgin keçən görüşdən nəticə çıxmayıb və Kartal qərarının qəti olduğunu bildirib.

Məlumata görə, sentyabrın 14-də Süper Liqada keçiriləcək "Gaziantep FK" matçında komandanın başında köməkçi məşqçi Dirk Kuytun olacağı gözlənilir.

Xatırladaq ki, 2026-cı ilin iyununda dördüncü dəfə İstanbul klubuna gətirilən İsmail Kartal, "Fənərbaxça"nı 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxarmağı bacarmışdı./"Qafqazinfo"