Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)

11 Sentyabr 2026 20:46

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı PatrikZüskindin "Kontrabas" monotamaşası ilə Belarusiyanın Brestşəhərində keçirilən 30-cu "Belaya Veja" Beynəlxalq TeatrFestivalında çıxış edəcək

Sentyabrın 14-də, saat 20:00- da Brest Akademik Dram Teatrının səhnəsində nümayiş olunacaq birhissəli səhnə əsərininquruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçıƏməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallardauğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera "ulduzuna" vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakitotaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəlsəsi ilə dialoqa girir. 

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşadaqəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncəözü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onunətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Qeyd edək ki, "Kontrabas" monotamaşası bir çox nüfuzlubeynəlxalq feativallarda iştirak edərək mükafatlar qazanmışdır