Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokalməktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 95 illiyi ilə əlaqədar "Ustadımınyolu ilə. Operetta inciləri" adlı konsert keçirilib.
Sənətkarın layiqli davamçısı Əməkdar artist, tanınmış opera ifaçısı Ramil Qasımovun və Musiqili Teatrın kollektivinintəşəbbüsü ilə keçirilən konsertin rejissoru Əməkdar incəsənətxadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Tədbirdə Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalqartisti Polad Bülbüloğlu çıxış edərək Mobil Əhmədovun həyatvə yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə verdiyitöhfələrdən söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.
Yubiley gecəsində Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, vokal artistləri Eleanora Mustafayeva, Aydan Həsənova, eləcə də teatrın xor kollektiviiştirak edib.
Tofiq Quliyev, Arif Məlikov, Hacı Xanməmmədov, VasifAdıgözəlov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ramiz Mustafayev, Süleyman Ələsgərov, Azər Rzayev, Tofiq Quliyev, Əşrəf Abbasov, Polad Bülbüloğlu və digər tanınmış Azərbaycanbəstəkarlarının əsərlərindən seçilmiş ariya və duetlərinsəsləndirildiyi, sənətkarın zəngin irsinə ehtiramın ifadəsi olankonsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda Mobil Əhmədovun qızı çıxış edərək atasının xatirəsinəhəsr olunmuş konsertin təşkilatçılarına minnətdarlığını bildirib.
Information support - - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az