İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb

11 Sentyabr 2026 19:30

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və baş məşqçisi bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Hall Siti"nin baş məşqçisi Sergey Yakiroviç ayın ən yaxşı mütəxəssisi adına layiq görülüb.

"Çelsi"dən Joao Pedro ən yaxşı oyunçu adına sahib çıxıb./"Report"