Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif meyxanaçı Orxan Lökbatanlının doğum günü məclisində çıxışı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Yusif məclis zamanı Orxan Lökbatanlıya ürək sözlərini çatdırıb və ona təşəkkürünü bildirib. O, səmimi fikirləri ilə meyxanaçıya olan hörmətini ifadə edib.
Yusifin çıxışı məclisdə duyğusal anlara səbəb olub. Onun Orxan Lökbatanlıya ünvanladığı sözlər sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)